QARA-QORXU GƏLMƏK
QARA SƏHİFƏ
OBASTAN VİKİ
Eşit məni
Eşit məni (türk. Duy Beni) — Rejissoru Ali Balcı, ssenari müəllifi Makbule Kosif, Zafer Özer Çetinel, Gülsev Karagöz, Okan Başar Bahar, Arzu Bıçakçı, Burcu Tatlıses, Feraye Gizem Kurt, Görkem Tüzün, İlayda Çelik Tez, Caner Güler, Meriç Demiray və Cüneyt Bolak tərəfindən yazılmış türk draması, romantik və gənclik televiziya serialı. İlk bölümü 7 iyul 2022-ci ildə yayımlandı. Baş rolları Berk Hakman, Ege Kökenli, Rabia Soytürk, Caner Topçu və Sümeyye Aydoğan paylaşır. Serial 17 noyabr 2022-ci ildə yayımlanan 20-ci bölümü ilə sona çatdı. == Aktyor və personajlar == Selim Bender (Berk Hakman), (1–12) Bahar Aydın (Ege Kökenli), (1–11) Ekim Güleryüz (Rabia Soytürk), (1–20) Kanat Günay (Caner Topçu), (1–20) Melisa Gerçek (Sümeyye Aydoğan), (1–20) Leyla Ertener (Helin Kandemir), (1–20) Aziz Günay (Burak Can), (1–20) Fikret Tosun (Durul Bazan), (1–16) Rıza Günay (Murat Daltaban), (1–19) Bekir Kaplan (Taha Bora Elkoca), (1–20) Neşe Güleryüz (Feride Çetin]), (1–20) Halil Kaplan (Aytaç Uşun), (1–20) Ozan Yılmaz (Utku Coşkun), (1–20) Ayşe Karaca (Gökçe Güneş Doğrusöz), (1–20) Hazal Demir (Meltem Akçöl), (1–20) Suna Günay (Yeliz Akkaya), (1–20) Hatice Karaca (Elif Çakman), (1–20) Sedat Karaca (Bedir Bedir), (1–20) Dağhan Kara (İbrahim Yıldız), (1–20) Selçuk (Hamdi Alp), (1–20) Süleyman Gerçek (Alper Atak), (1–20) Ece Ay (Dilara Sümbül), (1–20) Naz Duru (Jasmin Berkiş), (1–20) Ceyda Astan (Sena Gençtürk), (1–20) Emine Sakan (Cemre Özşişman), (1–20) Orjinal (İzzet Yüksek), (1–20) Şükran Ertener (Bedia Ener), (1–20) Derviş Demir (Ufuk Özkan) (13–18) Ateş Atahanlı (Miro Gerede Erkaya) (13–20) Berkay Gaye Türkmen (Tuğba Uluay) (17–19) == Ümumi baxış == == Bölümlər == === 1. ===
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. == Məzmun == Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.
Mən yaramazam
Mən yaramazam 2010 ABŞ ailə, animasiya filmidir. == Məzmun == Qru adlı daş ürəkli və yaramaz adam, dünyanın peyki olan ayı oğurlamaq qərarına gəlir. Ona kiçik kölələri minyonlar da kömək edəcəkdir. == Səsləndirmə == Stiv Kerell — Felonius Qru Ceyson Siqel — Viktor "Vektor" Perkins Rassel Brend — Dr. Nefario Miranda Kosqrov — Marqo Culi Endryus — Marlena Qru Dana Ceyer — Edit Elsi Keyt Fişer — Aqnes Vill Arnett — Mister Perkins Kristen Uiq — Miss Hetti Pyer Koffin — Tim, Bob, Mark, Fil, və Stüard Kris Renaud — Deyv, Billi və Lerri Cemeyn Klement — Kevin və Cerri Cek MakBrayer — Karnaval işçisi/Turist ata Ken Conq — Talk Show Host Danni MakBrayd — Fred Makdeyd Mindi Keylinq — Turist ana == Xarici keçidlər == Mən yaramazam — Internet Movie Database saytında.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
"Oxu məni" qəzeti
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Axtar məni (kitab)
Düşün məni (mahnı)
Gözlə Məni (1980)
Gözlə məni — 1980-ci ildə çəkilmiş film. == Məzmun == 1920-ci ilin baharı. İnqilab dalğası Dağlıq Qarabağın ən ucqar guşələrinə belə gedib çıxır. Qırmızı ordu dəstələri yerli feodalların hakimiyyətini öz əllərinə alır, burada yeni qayda qanunlar yaradırlar... Filmin mərkəzində sıravi qırmızı ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın (Rasim Balayev) taleyi, onun bəy qızı Şahnaz xanıma (Tamara Yandiyeva) olan dramatik məhəbbət əhvalatı durur. == Film haqqında == Filmin sonunda Fəxrəndənin ərinin ardınca çaya girməsi və batması səhnəsi oktyabr ayında çəkilmiş və bu trükü aktrisa Amaliya Pənahovanın özü ifa etmişdir. Film dramaturq İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında çəkilmişdir. Film Azərbaycan SSR-in və Azərbaycan SSR Kommunist Partiyasının yaradılmasının 60 illiyinə həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: İlyas Əfəndiyev Ssenari müəllifi: Elçin, Elqa Lındina Quruluşçu rejissor: Kamil Rüstəmbəyov Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Ağahüseyn Kərimov Rejissor: Əbdül Mahmudov Rejissor-stajçı: Elxan Qasımov Operator: Vaqif Muradov Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: A. Rzazadə Montaj edən: Olqa Etenko Rejissor assistenti: Süleyman Əhmədov, T. Atakişiyev, R. Hüseynov Operator assistenti: Abbas Rzayev, Gennadi Pastuşkov Rəssam assistenti: Əziz Məmmədov, M. Manuvaxova Quraşdırılmış səhnələrin rəssamı: Gennadi Tişşenko Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu İşıq ustası: Rüstəm Rüstəmov Plyonka üzrə rəng ustası: F. Dadaşov Çalır: Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: D. Ştilman Məsləhətçi: Məcid Katibli (tarix elmləri namizədi) Redaktor: Asim Cəlilov Filmin direktoru: Davud Zöhrabov === Rollarda === Rasim Balayev — Nicat Tamara Yandiyeva — Şahnaz Həsənağa Turabov — Böyük bəy Amaliya Pənahova — Fəxrəndə Həsən Məmmədov — Bahadur Məlik Dadaşov — Cabbar bəy Ələddin Abbasov — Həsənəli Şahmar Ələkbərov — Tahir Fərqanə Quliyeva — Gülgəz Muxtar Avşarov — Hümmət Şəmsi Şəmsizadə — Yunis bəy Süsən Məcidova — çörəkçi Valeri Malışev — Kanuryov Muxtar Maniyev — Balahüseyn Gəray Əlibəyov (K. Əlibəyov kimi) — Rəsul Eldəniz Rəsulov — Qaragöz Novruz Axundov — Mirzə bəy Gümrah Rəhimov — Xosrov Vəliəhd Vəliyev — komissar köməkçisi Məmməd Tələt Rəhmanov — kənd mülkədarı Sadıq Hüseynov — kəndli Kamil Məhərrəmov — nökər V. Postnikov — Andrey Ənvər Həsənov — Ömər Məmməd Bürcəliyev — bəy Zilli Namazov — qaçaq Zirəddin Tağıyev E. Səfərova F. Bayramov Rauf Qəniyev Rafiq Qasımov Qafar Həqqi — Sərxan Sədaqət Zülfüqarova Dadaş Kazımov — Dadaş Ömür Nağıyev — Bahadurun adamı Süleyman Əhmədov — kəndli Bahadur Əliyev === Filmi səsləndirənlər === Şahmar Ələkbərov — Nicat (Rasim Balayev) (titrlərdə yoxdur) Ramiz Məlikov — bəy (titrlərdə yoxdur) Hamlet Xanızadə — bəy (titrlərdə yoxdur) Eldəniz Zeynalov — Mirzə bəy (Novruz Axundov) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli — nökər (Kamil Məhərrəmov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Həsənəli (Ələddin Abbasov) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Xosrov (Gümrah Rəhimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Tahir (Şahmar Ələkbərov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Rəsul (Gəray Əlibəyov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Kanuryov (Valeri Malışev) (titrlərdə yoxdur) Hacı İsmayılov — Andrey (V. Postnikov) (titrlərdə yoxdur) Həsənağa Turabov — bolşevik (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Məni yaradan alim
Oxu məni (qəzet)
"Oxu məni" qəzeti — həftəlik ictimai-siyasi qəzet. == Tarixi == "Oxu məni" qəzeti 1997-ci ildən fəaliyyətə başlamış, həmin vaxtdan etibarən çərşənbə axşamı və cümə günü daxil olmaqla, həftədə iki dəfə 16 səhifədə A3 formatda rəngli dərc olunmuşdur. (Ədliyyə Nazirliyi tərəfindən 50 nömrəli şəhadətnamə ilə qeydiyyata alınıb) Hazırda qəzetin təsisçisi və baş redaktoru Axundov Emin Tofiq oğludur. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 16 səhifə A3 format həcmində 150–180 min arası tirajla dərc olunub[mənbə göstərin]. Qəzetin ilk nömrəsi 150 min tirajla[mənbə göstərin] çap olunmağa başlamışdır. İnsanlar arasında qəzetin adı maraqla qarşılanmış, oxucuların rəğbətini və tələbatını nəzərə alaraq, günün 1-ci yarısı bütün tiraj satıldığı üçün elə həmin gün ikinci dəfə çap olunmuşdur[mənbə göstərin]. Sonrakı illərdə qəzetin əlavə buraxılışları olan "Oxu məni krossvordu" qəzeti 24 səhifədə A3 formatda həftədə 1 dəfə çərşənbə günü rəngli şəkildə 30 min tirajla[mənbə göstərin], "Oxu məni Serial" qəzeti 16 səhifədə A3 formatda həftədə 1 dəfə şənbə günü rəngli şəkildə 25 min tirajla, "Oxu məni Skanvordu" qəzeti 32 səhifədə A3 formatda ayda 1 dəfə rəngli şəkildə 30 min tirajla, "Oxu məni Lətifələr və Skanvordlar" kitabı A5 formatda 32 səhifədə ayda 1 dəfə 30 min tirajla rəngli olaraq çap olunmuşdur. 2009-cu ildən fasiləsiz olaraq qəzetin elektron xəbər portalı www.oxumeni.az saytı hər gün daim yenilənən xəbərlərlə oxuculara informasiya çatdırır. Qəzet yarandığı gündən sonrakı dövrlərdə 2 ofisdə, 80–90 nəfərlik işçi kollektivi ilə fəaliyyət göstərmişdir. Əsas baş ofis Bakı şəhəri Yasamal rayonu mətbuat pr.
Sev məni (albom)
Sev məni – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Hakan Erol, Ələkbər Tağıyev, Razim Paşayev, Andrey Babayev, Aygün Səmədzadə, Vaqif Gərayzadə və s. bəstəkarların mahnıları yer alır.
Bacarırsansa Tut Məni
Bacarırsansa Tut Məni (ing. Catch Me If You Can) — 2002-ci ildə Frenk Ebiqneyl-ın həyat hekayəsi əsasında çəkilmiş komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan film, 19 yaşlı dahi Frenk Ebiqneyl-ın özünü Pan American World aviaşirkətində pilot kimi göstərərək çox milyon dollarlıq çek fırıldaqçılığı etdiyindən bəhs edir. Corciyada həkim və Luizianada prokuror. Ebiqneyl rolunu Leonardo DiKaprio canlandırsa da, filmin digər mühüm aktyorları Tom Henks, Kristofer Uolken, Emi Adams, Martin Şin və Nathalie Bayedir.
Yad et məni
Yad et məni — Əzizə Cəfərzadənin "Şirvan" trilogiyasının üçüncü və sonuncu kitabı olan tarixi romanı. == Haqqında == Müəllif əsərin 1980-ci ildəki ilk nəşrini "Azərbaycanda Sovet hakimiyyəti qurulması uğrunda gedən mübarizədə inqilabın sədaqətli əsgəri" Əliheydər Qarayevin xatirəsinə həsr edib. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulova "Türkay" aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı olan "Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı"nda əsər barədə bu cür qeyd edir: "Yazıçının arxiv materiallarından məlum olur ki, romanda adı keçən Ağali Nasih Nişat Şirvaninin uzun müddət axtardığı oğlu olmuşdur." Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu əsər barədə təhlilinin sonunda qeyd edir ki, bu romandan sonra Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı Ə. Cəfərzadəni o qədər ruhlandırmışdır ki, o, Sabir haqqında ayrıca roman yazmışdır ki, bu əsəri bədii tərcümeyi-hal da adlandırmaq olar. "Yad et məni" romanından fərqli olaraq “Sabir” romanı çoxplanlı deyil, təkplanlıdır və şairin həyat və mübarizəsini ön plana çəkir. == Məzmun == Romanda XX əsrin əvvəllərində cərəyan edən hadisələrdən danışılır. Burada Abbas Səhhət, Mirzə Ələkbər Sabir və Ağəli bəy Nasehin obrazları yaradılmışdır. Abbas Səhhətin simasında vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və cəsurluq, Nasehin şəxsində təvazökarlıq və səmimilik kimi mənəvi-əxlaqi keyfiyyətlər inandırıcı detallar və ştrixlərlə əks olunmuşdur. Lakin yazıçı romanda əsas diqqəti A. Səhhətə yönəltməyə çalışmışdır. == Qəbulu == Filoloq Asifə Telmanqızı "Əzizə Cəfərzadənin bədii dünyası" adlı filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyasında bu romanda Abbas Səhhətin simasında konkret bir şəxsin üstün əks olunduğunu, 3 dostun (A. Səhhət, M.Ə. Sabir, A. Naseh) portret cizgilərinin işləndiyini, birincinin xeyirxahlığı, ikincinin cəsurluğu, üçüncünün təvazökarlığının konkret cizgilərlə verildiyini bildirib. Filoloq A.T.Əliyeva "Bakı Universitetinin xəbərləri" jurnalındakı "Əzizə Cəfərzadə yaradıcılığında şifahi xalq ədəbiyyatı motivləri" məqaləsində bu əsərdən bayatı sitat gətirərək müəllifin təsvir etdiyi əhvalatların ruhuna uyğun bayatı seçib işlətməyi sevdiyini qeyd edib.
Mən Azərbaycanlıyam (yarış)
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən Fəhləyəm (1975)
Mən Nirvanadayam (albom)
Mən Nirvanadayam (rus. Я в Нирване) – Azərbaycanlı müğənni Aygün Kazımovanın EP albomudur. == Fon və yazılma == Aygün Kazımova 90-cı illərin sonlarından başlayaraq, yaradıcılığında rusca mahnılara yer verməyə başlamışdır. Məsələn, "Карие Глаза, "Я и Ты", "Я Девушка Восточная" və s. bu kimi yerli və xarici bəstəkarların əsərlərini ifa etmişdir. Rusca mahnılar ifa etdiyi zamanlarda rusdilli albom təqdim etmək istəsə də bu baş tutmamışdır. “Rusdilli albom arzusu mənim üçün iyirmi il əvvəl yaranmışdı. [...] Ancaq gördüyünüz kimi, xəyalımla vidalaşmadım!” sözlərini yeni albomu üçün "Nargis" jurnalına müsahibəsində söyləmişdir. Uzun müddət yeni rusca mahnı təqdim etməyən ifaçı, ona uğur gətirən "S.U.S." mahnısının rusca versiyası olan "Pust"-u (rus. Пусть), 2018-ci ildə "Jara" (rus.
Mən Sərhədçiyəm (1976)
Mən gəlirəm (mahnı)
Mən əfsanəyəm (film)
"Mən əfsanəyəm" (ing. I Am Legend) 2007-ci il Amerika elmi-fantastik filmi. Riçard Metisonun "Mən əfsanəyəm" əsərinin üçüncü uyğunlaşmasıdır. Rejissor Frensis Lourens, ssenaristlər Akiva Qoldsman və Mark Protoseviçdir. Baş rolda Vill Smitdir (virusoloq Robert Nevill). 2007 il dekabr 14-də buraxılmış film iki gündən sonra ABŞ Boks Ofis nömrə bir filmi oldu. Filmin vaxtı 100 dəqiqədir. Büdcəsi təxminən 150 milyon dollar. Distribütorları Warner Brothers və Village Roadshow-dır. "Mən əfsanəyəm" əsasən 35 millimetrli anamorfot fortmatda çəkilmişdir.
Mən burdayam, İlahi!
Mən burdayam, İlahi! — Tammetrajlı bədii müharibə filmi.Rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılmışdır. Film Vətən müharibəsi mövzusunda çəkilib. == Məzmun == Müharibədə yaralanan qazinin (Rasim Cəfərov) Üç aylıq komadan ayılır anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Daha sonra həyatını qaydasına salmağa çalışır ki, övladına sahib çıxa bilsin. Öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib. == Film haqqında == Filmin ilk premyerası 27 sentyabr 2023 Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrlar şəbəkəsində baş tutub. Filmin ikinci premyerası 9 Noyabr 2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda yeni yaradılmış kinoteatr binasında baş tutub.
Mən evə qayıdıram
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. == Filmin çəkilişləri == "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. == Filmin məzmunu == "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
Mən filmləri sevirəm
Mən filmləri sevirəm (ing. I Like Movies) — Çendler Levakın yazıb rejissorluq etdiyi 2022-ci ilin komediya-dram janrındakı Kanada filmi. Filmin diqqət mərkəzində 2000-ci illərin əvvəllərində video mağazada yenicə işə başlamış olan 17 yaşlı kino həvəskarı oğlan Lourensdir. == İstinadlar == == Xarici keçidlər == Mən filmləri sevirəm — Internet Movie Database saytında.